TQDK-dan məzunlara yenilik

  • By admin
  • 07 İyun 2016 12:47

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şəhər və rayon təhsil idarə və şöbələrin rəhbərlərinə müraciət edib. TQDK-dan verilən xəbərə görə, hər il komissiyaya şəhər və rayon təhsil idarə və şöbələrindən onların tabeçiliyində olan ümumi orta təhsil müəssisələrinin məzunlarının təhsil haqqında sənədlərindən (attestat, şəhadətnamə və arayış) TQDK-nın keçirdiyi qəbul imtahanlarında istifadə edilib-edilməməsinə dair çoxlu sayda sorğu daxil olur: “Sorğu məktublarının və onlara verilən cavab məktublarının kağız daşıyıcılarda hazırlanıb göndərilməsi həm vaxt itkisinə, həm də maliyyə vəsaitinin sərf olunmasına gətirib çıxarır. Bu problemi aradan qaldırmaq və vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Təhsil idarə və şöbələrinə TQDK-nın elektron arxivindən vətəndaş haqqında çıxarışın verilməsi” elektron xidməti hazırlanıb və Elektron Hökumət Portalında yerləşdirilib.

 

Şəhər və rayon təhsil idarə və şöbələri tərəfindən təyin olunmuş məsul şəxslər haqqında məlumatlar TQDK-ya təqdim edildikdən sonra onların adları istifadəçilər siyahısına əlavə ediləcək. Eyni zamanda, məsul şəxslər Elektron Hökumət Portalında mövcud autentifikasiya vasitələrindən birini istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra məsul şəxslər elektron xidmətdən istifadə etmək hüququna malik olacaqlar”.

 

Xidmət vasitəsilə göndərilmiş sorğuya cavab elektron imza ilə imzalanmış fayl şəkildə veriləcək.  (APA)

Sosial səhifələrdə paylaş