TQDK-dan xəbərdarlıq

  • By admin
  • 30 Avqust 2016 13:14

jurnalistika

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Gununsesi.info-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 31 avqust saat 17:00-da başa çatacaq. Bildirilib ki, 30 avqust saat 12.30-a olan məlumata əsasən, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan 553 abituriyentdən 404 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

31 avqust saat 17:00-dək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Gununsesi.info