Trabzon hava limanı 3 saatlıq bağlandı

  • By admin
  • 21 Avqust 2021 13:30

Türkiyənin Trabzon hava limanı 3 saatlıq bağlanıb.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, hava limanının uçuş-enmə zolağındakı nasazlıq səbəb olub. Belə ki, uçuş-enmə zolağında qəfildən iri çatlar əmələ gəlib.

Havada olan və Trabzona enməyə hazırlaşan 2 təyyarə isə Ordu Hava Limanına istiqamətləndirilib.

Yenicə təmirdən çıxan uçuş-enmə zolağında təzədən təmir işləri aparılıb və 3 saat sonra hava limanı fəaliyyətini bərpa edib.

Gununsesi.info