Dünən axşam keçirilən “Trabzonspor”-“Fənərbaxça” matçında meydançanın döyüş meydanına çevrildiyi hadisələrdə 12 nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazir deyib ki, meydana ilk atlayan H.Ç. Rize yolunda yaxalanıb.
C.K. matç zamanı “Fənərbağça”nın baş məşqçisi İsmail Kartala yad əşya atıb. Adıçəkilən şəxs saxlanılıb və barəsində lazımi araşdırmalara başlanılıb.
Gununsesi.info