“Traktor Sazi” klubunun adı dəyişdirilib

  • By admin
  • 23 İyun 2019 11:13

İran Premyer Liqasında çıxış edən “Traktor Sazi” klubunun adı dəyişdirilib.

Gununsesi.org xəbər verir ki, Təbriz təmsilçisi bundan sonra “Traktor” adı ilə çıxış edəcək.

Yayılan məlumata görə, klubu ötən mövsüm təhvil alan rəhbərlik “Sazi” sözünün komandanın adında qalmasını istəməyib.

Digər bir ilginc iddia isə klubun adına Azərbaycan sözünün əlavə olunacağı ilə bağlıdır. Bu barədə məlumat Təbriz klubunun ən böyük azarkeş qrupunun  sosial şəbəkə hesabı vasitəsiylə yayılıb.