
Zaqatalada traktor yanıb.
Gununsesi.info Apa.az -a istinadən xəbər verir ki, bu gün saat 15:40-da rayonun Danaçı kənd sakini Abdulla Ramazan oğlu Ramazanov kənd ərazisində sahədə otbiçən aqreqat qoşulan traktorla sahədə işləyən zaman anidən yağın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində traktor yanaraq texnika yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.