Traktorla motosiklet toqquşdu, sürücü xəstəxanalıq oldu

  • By admin
  • 20 Aprel 2017 22:31

tecili-yardim-1

 

Sabirabadda traktorla motosiklet toqquşub, bir nəfər xəsarət alıb

Sabirabadda traktorla motosiklet toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Traktorla motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Sabirabad rayonunun Moranlı kənd sakini, 1988-ci il təvəllüdlü Əsədov Amid Abduləzim oğlu ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Polis Şöəsi tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.info