Traktorlardan ibarət toy karvanında qəza

  • By admin
  • 07 Aprel 2019 22:49

Göygöl rayonu ərazisində toy karvanında traktor qəzaya düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonda keçirilən toy mərasimində bəy tərəfi traktorlardan ibarət toy karvanı təşkil edib.

Bəzədilən traktorlardan biri idarəetməni itirərək səkiyə çıxıb və aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.