Tramp ən çox koronavirus testindən keçmiş amerikalıdır

ABŞ Prezidenti Donald Tramp koronavirusa görə ən çox testdən keçən amerikalıdır.

Gununsesi.org bu barədə Ağ Evin mətbuat katibi Keyli Makinaniyə istinadla məlumat yayır.

Onun sözlərinə görə, siyasətçi sağlamlığını çox tez-tez yoxlayır:

“O, gündə bir neçə dəfə testdən keçirilir”.

Makinani qeyd edib ki, nə Trampın özü, nə də ətrafındakılar SARS-CoV-2-yə yoluxmayıblar.

ABŞ lideri iyun ayında koronavirus barədə “yoxa çıxır”, “məhv olur” kimi dediyi fikirlərin əksinə olaraq, son brifinqdə pandemiyanın “yaxşılaşmadan daha da pisləşə biləcəyini” etiraf edib.

 

 

Gununsesi.org