
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı Tramp Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunan İzmir Diriliş Kilsəsini keşişi Andrey Brunsonun azad edilməsini tələb edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, protestant camaatına aid İzmir Diriliş Kilsəsinin keşişi FETÖ-yə üzv olmaqda ittiham olunaraq ötən ilin dekabrında həbs edilib.
Belə ki, bu vaxtadək A. Brunsona qarşı rəsmi olaraq ittiham irəli sürməyib.
İki lider arasında keçirilən görüş başa çatdıqdan sonra Ağ Ev bu bardə məlumat yayıb. Məlumatda ABŞ prezidenti Donald Tramp keşişi Andrey Brunsonun bir il əvvəl azad edilərək ABŞ-a dönməsini gözlədikləri qeyd olunub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və ABŞ-ın vitse-prezidenti Maykl Pensin bu istəyi Xristian liderlər tərəfindən coşğuyla qarşılanarkən, onları “Kilsənin müdafiəçiləri” adlandırıblar.
Anar
Gununsesi.info