
Tramp administrasiyası Bəşər Əsədin hakimiyyətdə qalmasına razılıq verib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “The Daily Beast” nəşri yayıb.
Məlumata görə, Vaşinqton Rusiyanın digər təkliflərinə – Suriyada rus hərbi polisinin yerləşdirilməsinə, ölkədə təhlükəsizlik zonasının yaradılmasına da qarşı çıxmayacaq.
Ağ Ev bütün bunlara İŞİD-in Suriyanın əsas hissəsinə nəzarətinə imkan verilməməsi müqabilində razılaşır.
O da qeyd olunur ki, Bəşər Əsədin nəzarətində olmayan əraziləri ABŞ-la əməkdaşlıq edən Suriya Demokratik Qüvvələri idarə edəcək.
“The Daily Beast” yazır ki, Vaşinqtonla Moskva arasında bu istiqamətdə müzakirələr bir neçə aydır davam edir.
Gununsesi.info