Tramp 3 aylıq maaşını koronavirus peyvəndi üçün bağışladı

  • By admin
  • 23 May 2020 11:54

ABŞ Prezidenti Donald Tramp COVID-19-a qarşı dərmanın hazırlanması üçün üç aylıq maaşını ayırıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadla bildirir ki, bu barədə “TASS” xəbər verib.

Onun sözlərinə görə, o, peyvəndin hazırlanması üçün 100 min dollar məbləğində ianə edib. Pul Səhiyyə Nazirliyinə və sosial xidmətlərə koronavirusun müalicəsi və qarşısının alınması məqsədi ilə yeni dərmanların hazırlanmasında səylərin dəstəklənməsi üçün göndərilib.

Bundan əvvəl də, dövlət başçısı 2019-cu ilin dördüncü rübündə koronavirusla mübarizəyə öz əmək haqqısını vermişdi.

Gununsesi.org