Tramp 3 milyon miqrantı deportasiya edəcək

  • By admin
  • 14 Noyabr 2016 10:32

 

tramp1

Donald Tramp prezident kürsüsünə gələr-gəlməz verdiyi ilginc bəyanatlarla  gündəmə gəldi.  

Gununsesi.info-nun xəbərinə görə, CBC kanalına müsahibə verən Tramp illik 400 min ABŞ dolları məbləğındəki  prezident məvacibindən imtina etdikdən az sonra miqrantlarla bağlı verdiyi şok açıqlama ilə gündəmi alt-üst etdi.  Belə ki,  ABŞ prezidenti  bildirib ki, hazırda Amerikada  qeyri-qanuni miqrant həyatı  yaşayan 3 milyon insan deport ediləcək. Yeni seçilən prezident qeyd edib ki, bu adamların ABŞ-dan deportasiya olunması üçün qərar veriləcək. Onun sözlərinə görə, bu adamlar  narkotik aklverçiləri olublar və onlar keçmişi qaranlıq şəxslərdir: “Məhz, buna görə də onların ABŞ-da yaşamalarına imkan verməyəcəyik”-deyə o, bildirib.

Daha sonra o, ABŞ-a qeyri-qanuni miqrant axının qarşısını almaq üçün Meksika sərhədlərində hasar çəkilməsinin də vacib olduğunu deyib.

Qeyd edək ki, D.Tramp  prezident seçilməsindən 1 il əvvəl siyasətə qoşulub və bunadək uğurlu biznesmen kimi tanınıb.

Gülnaz Qənbərli

Gununsesi.info