Tramp ABŞ-da seçkiləri təxirə salmağı təklif etdi

  • By admin
  • 30 İyul 2020 20:43

ABŞ Prezidenti Donald Tramp ölkəsindəki prezident seçkilərini təxirə salmağı təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

D.Tramp 2020-ci il seçkilərinin poçt vasitəsilə keçirilməsinin nəticələrin qeyri-dəqiq olmasına gətirib çıxaracağını bildirib.

O, seçkiləri insanların düzgün, etibarlı və təhlükəsiz şəkildə səs verə biləcəyi vaxta qədər təxirə salmağı təklif edib.

 

 

Gununsesi.info