Tramp ABŞ-ın hərbi büdcəsini artırmağı təklif etdi

  • By admin
  • 27 Fevral 2017 22:00

abs-ordu

 

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ölkənin hərbi büdcəsini 54 milyard dollar artırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki mənbələrə istinadən “Associated Press” agentliyi bildirib.

Agentlik bildirir ki, beləliklə, ABŞ lideri ölkə müdafiəsində genişmiqyaslı islahatların aparılması üzrə seçkiqabağı vədləri yerinə yetirə biləcək.

ABŞ dünyada ən böyük hərbi büdcəyə malikdir. 2017-ci il maliyyə ilində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 611 milyard dollar alıb.

Gununsesi.info