Tramp ABŞ-ın NATO-dan çıxması məsələsində mövqeyini açıqladı

  • By admin
  • 11 İyul 2020 10:00

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmaq istəmədiyini bildirib.

Gununsesi.org bildirir ki, bunu dövlət başçısı “The Washington Post”un müxbiri Mark Tissenə müsahibəsində deyib.

O qeyd edib ki, alyansın digər üzvlərinin üzərinə düşən ədalətli payın ödənilməsini istəyir. Tramp onun səyləri nəticəsində səkkiz ölkənin ÜDM-nin iki faizini müdafiə xərclərinə ayırdığını vurğulayıb.

Gununsesi.org