Tramp ABŞ-ın Ukrayna və İsraillə bağlı siyasətini formalaşdırır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hələ rəsmi olaraq vəzifəsinin icrasına başlamamasına baxmayaraq, ölkənin əsas sahələrdə – Ukrayna və İsraildə siyasətini formalaşdırmağa başlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, ABŞ siyasətindəki dəyişikliklər ən çox Ukraynada hiss olunacaq.

Keçmiş administrasiyasının bir əməkdaşı agentliyə bildirib ki, Tramp beynəlxalq münasibətlərdə ilkin üstünlüyə sahib olacaq, çünki onu Baydendən daha sərt hesab edirlər.

Bildirilir ki, ötən gün Tramp Vladimir Zelenski ilə telefon danışığı aparıb.

O, Ukraynaya dəstək vermək niyyətində olduğunu açıq şəkildə bildirsə də, konkret tədbirlər barədə açıqlama verməyib.

Qeyd edək ki, Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko bildirib ki, ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi Ukraynanın Şimali Atlantika Alyansına gedən yolunu xeyli çətinləşdirəcək və Kiyev rejiminin NATO-ya üzv olmaq ambisiyalarına son qoya bilər.

 

 

Şəbnəm

Gununsesi.info