Tramp ABŞ Konstitusiyasını dəyişmək istəyir

  • By Günel
  • 09 Dekabr 2024 09:08

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkə Konstitusiyasına edilən 14-cü düzəlişdə təsbit olunmuş anadangəlmə vətəndaşlıq hüququnu ləğv etmək istəyir.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində bildirib.

“Biz buna son qoymalıyıq”, – deyən siyasətçi bu haqqı gülünc adlandırıb.

Beləliklə, 47-ci prezident ABŞ vətəndaşlığı olmayan, lakin bu ölkədə uşaq dünyaya gətirən valideynlərin övladlarının vətəndaşlıq hüququnu əlindən almaq istəyir.

Trampın sözlərinə görə, belə bir qayda guya yalnız ABŞ-də tətbiq edilir, lakin bu, dünyanın 30-dan çox ölkəsində konstitusiya səviyyəsində təsbit olunub.

Gununsesi.info