Tramp ABŞ-la Çin arasındakı ticarət danışıqları barədə məlumat verdi - "HƏR ŞEY ƏLADIR"

  • By admin
  • 03 Sentyabr 2019 21:37

Ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqları yaxşı davam edir.

Gununsəsi.org bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb.

O vurğulayıb ki, Çinlə danışıqlar prosesində hər şey çox yaxşıdır.

D.Tramp bildirib ki, Pekin danışıqları onunla deyil, 2020-ci ildə keçiriləcək seçkilərdən sonrakı yeni hökumətlə aparmaq arzusundadır. O əlavə edib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə Çinlə saziş daha sərt olacaq.

Gununsəsi.org