Tramp AÇIQLADI: Bu məhkəmə işində iştirak edəcək

  • By admin
  • 02 Oktyabr 2023 08:34

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu-Yorkda özünün və şirkəti olan “Trump Organisation” şirkətinin müttəhim olduqları mülki fırıldaqçılıq işi ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edəcəyini bildirib.

Gununsesi.info  xəbər verir ki, işin mahiyyəti üzrə baxılması oktyabrın 2-nə təyin edilib. “Mən sabah səhər məhkəməyə gedirəm ki, korrupsioner və irqçi [Nyu-York ştatının] baş prokuroru Letitia Jamesə qarşı adım və reputasiyam üçün mübarizə aparacam”, o, “Truth Social”da yazıb.

Siyasətçi əlavə edib ki, o, bu işi uydurma hesab edir və xüsusilə qeyd edib ki, onun fikrincə, Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgah məhkəmədə hesab edildiyi kimi 18 milyon dollar deyil, “50, hətta 100 dəfə çoxdur”.

Nyu-York prokurorları 2022-ci ilin sentyabrında Tramp və onun şirkətinə qarşı mülki fırıldaqçılıq iddiası qaldırıblar. Dövlət vəkili Letitia Jamesin sözlərinə görə, şirkət kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib. Prokurorların fikrincə, aktivlərin dəyəri 2,23 milyard dollar artırılaraq 3,6 milyard dollara çatıb.Xüsusən də prokurorların təkid etdiyi kimi, Trampın Floridadakı mülkünün, Manhettendə “Trump Tower” göydələnindəki mənzillərinin, bir neçə ofis binasının və qolf sahələrinin dəyəri şişirdilib.

Trampın müdafiə komandası iddiaların əsassız olduğunu və əmlakın qiymətinin müxtəlif səbəblərdən zamanla dəyişdiyini təkid edir.

Səid Əhmədli
Gununsesi.info