Tramp ailəsinə məxsus “əxlaqsızlıq yuvası” bərpa olunur

  • By admin
  • 06 İyul 2017 13:26

595dda037af507106c0c6569

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ulu babasının bir vaxtlar Kanadada qurduğu əxlaqsızlıq yuvası bu yaxınlarda yenidən açılacaq. “Macleans” jurnalının verdiyi xəbərə görə, kanadalı bir şirkət məkanı bərpa edərək turistik mərkəzə çevirməyi planlaşdırır.

Trampın ulu babası 1885-ci ildə Almaniyadan ABŞ-ın Nyu-York şəhərinə köçdükdən sonra burada kifayət qədər pul qazana bilməyib. Bu səbəbdən o, Kanadanın Bennet şəhərinə gedərək 1897-ci ildə əxlaqsızlıq yuvası açıb və ailə bu yolla varlanıb. Hazırda istifadəyə yararsız olan bina yenidən təmir olunaraq turistik məkana çevriləcək.

ABŞ prezidenti Donald Tramp isə babasının əxlaqsızlıq yuvası işlətməsi ilə bağlı iddiaları təkzib edir.

Gununsesi.info