Tramp Ali Məhkəməyə mühafizəkar namizəd təklif etdi

  • By admin
  • 10 İyul 2018 10:53

 

ABŞ prezidenti Donald Tramp Kolumbiya Dairəsinin Appelasiya Məhkəməsinin hakimi Bret Kavanonun namizədliyini Ali Məhkəməyə təqdim edib.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, Kavano 2006-cı ildə hakim seçilib. Buna qədər o, Corc Buş administrasiyasında çalışıb.

Trampın administrasiyası Kavanonun möhtəşəm reputasiyaya malik olduğunu xatırladıb.

Paralel olaraq, siyasətçinin konservativ dünyagörüşünə malik olduğu və Respublika Partiyasına yaxın olduğu da bildirilir.