Tramp: “Amerika miqrantlar tərəfindən zəhərləndi”

İndiki Amerika administrasiyası Amerikanı zəhərləyən miqrasiya böhranına gətirib çıxarıb.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Trampın sözlərinə görə, ölkədəki vəziyyəti 21 milyon insanın, o cümlədən keçmiş məhbusların və psixiatriya müəssisələrindəki xəstələrin, həmçinin terrorçuların ABŞ-a buraxılması ilə çətinləşdirib.

Siyasətçi bu böhranı ABŞ-ın indiyədək üzləşdiyi ən ciddi problem kimi qiymətləndirib.

Tramp bu sözləri Demokratlar Partiyasının namizədi Kamala Harrisin debatdan çəkilməsindən sonra Pensilvaniya ştatının Harrisburq şəhərində Fox News-un ev sahibliyi etdiyi bələdiyyə binasında deyib.

Avqust ayında Tramp qeyd edib ki, ABŞ-ın indiki administrasiyasının uğursuz immiqrasiya siyasəti ölkədə cinayət epidemiyasına səbəb olub.

Bundan əvvəl ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens ölkədən bir milyon qeyri-qanuni miqrantın deportasiya edilməsini təklif etmişdi.

 

 

Günay

Gununsesi.info