Tramp bahalı sikkələrin çapını dayandırır

  • By Admin2
  • 10 Fevral 2025 11:05

ABŞ prezidenti Donald Tramp istehsalı 2 sentdən çox olan sikkələrin zərb edilməsini dayandırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,d aha bir yeni addım ABŞ prezidenti Donald Trampdan dövlət xərclərinə qənaət etmək üçün gəlib. “Truth” sosial media platformasında açıqlama verən Tramp ölkədə istifadə edilən bəzi sikkələrin istehsal dəyərinin yüksək olmasını tənqid edib.

“Uzun müddətdir ki, Birləşmiş Ştatlar bizə iki sentdən çox baha başa gələn qəpiklər zərb edir” deyən Trump, “Bu, böyük israfdır” deyə əlavə edib.

Bu səbəbdən Tramp ABŞ-ın maliyyə naziri Skott Bessentə yeni “qəpik”lərin istehsalını dayandırmaq göstərişi verdiyini açıqlayıb və bu ifadələri işlədib: “Gəlin böyük dövlətimizin büdcəsindən hər dəfə bir “qəpik” də olsa israfı aradan qaldıraq”.

Orxan Saffari

Gununsesi.info