Tramp Baydenə ləqəb qoydu

ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydeni polis tərəfindən güllələnən Ceykob Bleykin ailəsi ilə görüşərkən sanitar normaları pozmaqda ittiham edib.

Gununsesi.info bildirir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə fikrini şəxsi “Twitter” səhifəsində yazıb.

“Gözəgörünməz Co təyyarədən enərək sarsılmış insanın əlini sıxaraq, onu yelləyir, sonra eyni əllə üzünə və maskasına toxunur”, – Baydenin polis tərəfindən güllələnərək iflic olan afroamerikalının ailəsi ilə görüşünü təsvir edən D.Tramp yazıb.

Tramp Baydenin soyadını məhz “gözəgörünməz” kimi qeyd edərək, rəqibinin pandemiya dövründə kütləvi tədbirlərdən yayındığına eyham vurub.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 4-də keçiriləcək.

Gununsesi.info