Tramp Baydeni ittiham edir: “Əfv qərarları imza cihazı ilə qəbul edilib”

  • By Admin2
  • 17 Mart 2025 11:54

ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Co Baydenin adına imzalanan əfv qərarlarının bir çoxundan xəbəri olmadığını iddia edərək, “Avtomatik imza cihazından istifadə edilib. Yəni Co Bayden onları imzalamayıb” iddiasını səsləndirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün sosial media platforması Truth Social-da verdiyi açıqlamada sələfi Co Baydeni hədəf alıb.

Baydenin bir çox insan, o cümlədən 6 yanvar Kapitola hücumunu araşdıran Seçmə Komitəsinin üzvləri üçün əfv fərmanı verdiyini xatırladan Tramp, bu qərarların etibarsız olduğunu bildirib.

“Çünki bunlar Autopen (avtomatik imza cihazı) ilə edilib. Başqa sözlə, Co Bayden bunları imzalamayıb. Daha da önəmlisi, onun bunlardan xəbəri yox idi”, – Tramp deyib.

Sözügedən əfv qərarlarının Baydenə açıqlanmadığını və ya onun tərəfindən təsdiqlənmədiyini vurğulayan Tramp, “Onun bunlardan xəbəri yox idi və bu işləri görən adamlar mümkün cinayət törətmiş ola bilər. Ona görə də cadugər ovu zamanı əldə edilən bütün sübutları yox edən və silən “Seçilməmiş Komitə” üzvlərinin mənə və bir çox başqa illər boyu günahsız insanlara qarşı təhqiqatın çox yüksək səviyyədə olduğunu başa düşməlidirlər” deyib.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden hakimiyyəti Trampa təhvil verməzdən bir neçə saat əvvəl, yanvarın 6-da Kapitola hücumunu araşdıran Seçmə Komitənin üzvlərini əfv edib.

Baydenin əfv səlahiyyətindən hətta araşdırılmamış şəxslərə müraciət etmək üçün misli görünməmiş şəkildə istifadə etməsi diqqət çəkirdi.

“Bu əfvlər heç kimin səhvi etiraf etməsi kimi qəbul edilməməli və ya günahın etirafı kimi təfsir edilməməlidir” deyə Bayden bildirib.

Orxan

Gununsesi.info