Tramp Baydenin andiçməsinə qatılmayacaq

  • By admin
  • 09 Yanvar 2021 10:52

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Tramp “twitter” hesabında yazıb.

“Xahiş edən hər kəsə bildirirəm ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə getməyəcəyəm”, -deyə Tramp vurğulayıb.

“Reuters”in məlumatına görə, Ağ Ev Trampın yanvarın 19-da Floridadaki Mar-a-Laqo iqamətgahına getməsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Tramp qərarında israrlı olacağı təqdirdə ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.

Gununsesi.org