Tramp BBC-ni məhkəməyə verməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdan əvvəlki çıxışlarının təhrif olunduğunu iddia edərək BBC-ni məhkəməyə vermək niyyətində olduğunu bildirib.

Fox News-a müsahibəsində Tramp deyib: “Düşünürəm ki, bunu etmək məcburiyyətindəyəm.”

Onun vəkilləri BBC-yə cümə gününə qədər zərəri kompensasiya etmək və ya 1 milyard dollarlıq məhkəmə iddiası ilə üzləşmək üçün vaxt veriblər. Mübahisə BBC-nin sənədli filmində Trampın “zorakı hərəkətlərə çağırış etdiyi” təəssüratının yaradılması ilə bağlıdır.

Qeyd edək ki, hadisə BBC-də daxili gərginliyə səbəb olub və Qəzza müharibəsi kimi mövzuların işıqlandırılmasında da fikir ayrılıqları fonunda müzakirələrə yol açıb.

Günay

Gununsesi.info