ABŞ Prezidenti Trampın Şayrat aviabazasına hücum əmrindən sonra bir müddət gərginlik davam etsə də, hazırda Tramp səssizliyə bürünüb.
Axar.az xəbər verir ki, bu sözləri xarici siyasət jurnalı “Foreign Polici”də Maks But yazıb.
Prezidentin siyasətini tənqid edən amerikalı mütəxəssisin fikrinə görə, Tramp televiziyada üzücü xəbər görən kimi müdaxiləyə can atır:
“ABŞ-ın Suriya hücumundan sonra yüksələn “Əsəd hakimiyyətdən getməlidir” səsləri artıq eşidilmir. Bunun səbəbi isə ABŞ hücumunun arxasında əhatəli strategiyanın olmamasıdır. Tramp televiziyada onu kədərləndirən xəbər görən kimi müdaxilə edir”.
Maks But keçmiş ABŞ Prezidenti Corc Buşun 11 sentyabr 2001-ci ildəki hücumundan sonra etdiyi “Mən bir dəvəni qıçından vurmaq üçün iki milyon dollarlıq mərmini 10 dollarlıq boş bir çadıra atmaram. Bunu etmək üçün mənə təmiz nəticə lazımdır” şərhini xatırladaraq, “Görünür, yenidən dəvələri öldürməyə dönmüşük. 59 dəfə zərbə endirilən Şayrat aviabazası 24 saat keçmədən yenidən istifadəyə başladı”, – deyə məqaləsində bildirib.
Gununsesi.info