Tramp bir neçə gündən sonra həbs oluna bilər - FOTO

  • By admin
  • 18 Mart 2023 21:06

ABŞ-nin keçmiş prezidenti Donald Tramp martın 21-də həbs edilə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında paylaşım edib.

O, bu məlumatın istintaq prosesi ilə bağlı mənbələrdən daxil olduğunu deyib, amma mənbənin adını çəkməyib. Eyni zamanda Manhetten Prokurorluğunun apardığı istintaq çərçivəsində həbsə hazırlaşdığını qeyd edib.

Tramp həmçinin əhalini etirazlara çağırıb.