Tramp Boltonu hədələdi: Həbs edilməlidir

  • By admin
  • 24 İyun 2020 11:06

ABŞ Prezidenti Donald Tramp özünün sabiq müşaviri Con Boltonun həbsə salınmalı, pul vəsaitlərinin isə müsadirə edilməli olduğunu bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə Amerika lideri özünün “Twitter” hesabında yazıb.

Tramp hesab ediк ki, Boltona belə bir cəza gəlir əldə etmək məqsədilə məxfi məlumatları yaydığı üçün verilməlidir. 

Ağ evin rəhbəri digər paylaşımında Boltonun  “Bunun baş verdiyi otaq” adlı kitabını öz təxəyyülü əsasında yazdığını qeyd edib və əlavə edib ki, onu axmaq insan hesab edir.

Gununsesi.org