Tramp bu cinayətlərdə ittiham olunur - SABİQ PREZİDENTİN AİLƏSİ DƏ İSTİNTAQA CƏLB OLUNUB

  • By admin
  • 11 Avqust 2022 00:14

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York Məhkəməsində ailə biznesi olan “Trump Organization”un iş təcrübəsi ilə bağlı istintaqda ifadə verməkdən imtina etdiyini bildirib.

Gununsesi.info xatırladır ki, Tramp, maliyyə qiymətləndirmələrində şirkətinə yanlış məlumatlar verərək borc pul götürməkdə və vergidən yayınmaqda ittiham olunur.

İddiaları rədd edən Tramp prosesi “siyasi cadugər ovu” kimi xarakterizə edir.

Bu gün Nyu York Baş Prokurorluğuna gəldikdən bir saat sonra Tramp istintaqı və baş prokuror Letitia Ceymsi tənqid edən bəyanat yayıb.

Açıqlamada Tramp, “Bu prosesə uzun illər və milyonlarla dollar xərcləndi və heç bir nəticə olmadı. ABŞ Konstitusiyasının hər bir vətəndaşa verdiyi hüquq və imtiyazlardan istifadə edərək mənə verilən suallara cavab verməkdən imtina etdim”. 

Sosial media tətbiqi Truth Social-da paylaşım edən Tramp, “Mənə və mənim gözəl şirkətimə hər tərəfdən hücum edilir. Bu, ABŞ tarixindəki ən böyük cadugər ovudur” ifadələri ilə davam edib.

 

2019-cu ildə açılan iddia Trampın Nyu-Yorkda yerləşən ailə biznesinə məxsus daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı yalan məlumat verərək bankdan borc alıb-almadığını soruşur.

Bu iddiaların Trampın vəzifəyə başlamasından əvvəl baş verdiyi güman edilir.

Təxminən altı aya yaxındır ki, Nyu York Baş Prokurorluğu Tramp və onun övladları İvanka və Kiçik Donald Trampdan ifadə almaq istəyirdi, lakin ailə üzvləri məhkəmənin müraciətlərini cavabsız qoyub.

Baş prokuror Ceyms bildirib ki, iş üzrə aparılan araşdırmalar nəticəsində şirkətin maliyyə pozuntularına dair ciddi sübutlar var.

Trampın vəkilləri Ceymsi məhkəməyə verməyə çalışsalar da, fevral ayında Nyu-York Ali Məhkəməsi hər üçünün ifadə verməli olduğuna qərar verib.

“Ədalət zəfər çaldı” dedi Ceyms.

İvanka və kiçik Donald Tramp son bir neçə həftə ərzində məhkəmədə ifadə veriblər.

 

Afət Abbasova

Gununsesi.info