ABŞ noyabrda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Namizədlərin biri də ABŞ-ın keçmiş prezidenti Donald Trampdır. Lakin, Kolorado ştatında onun seçkilərdə iştirakına mane olan qərar qəbul edilib.
Gununsesi.info xəbər verir ki, Tramp bu qərarı ABŞ Ali Məhkəməsinə şikayət edib. Trampın vəkilləri iddia edirlər ki, heç bir ştat məhkəməsi prezidentliyə namizəd olan şəxsin səsverməyə çıxmasına mane ola bilməz və Kolorado Ali Məhkəməsi müvafiq Konstitusiya müddəalarını yanlış şərh edib.
Qeyd edək ki, Koloradodan sonra Men ştatının dövlət katibi Şenna Bellows 28 dekabr 2023-cü ildə Trampın ştatda keçiriləcək Respublikaçılar Partiyasının seçkilərində iştirak edə bilməyəcəyinə dair qərar vermişdi.
Qərarlara uyğun olaraq, Respublikaçı namizədlərin yarışacağı, martın 5-də hər iki ştatda keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletenlərdə olmayacaq.
İki ştatda seçki yarışı ilə bağlı yekun qərarı ABŞ Ali Məhkəməsi verəcək.
Gununsesi.info