Tramp Çin prezidentinin mövqeyini tərifləyib

  • By admin
  • 09 Noyabr 2017 14:56

“Mən Si Tsinpinin ticarətdəki mövqeyinə hörmətlə yanaşıram”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Pekində Çin prezidenti Si Tsinpin ilə görüşü zamanı bildirib.

O, bildirib: “Biz bilirik ki, ABŞ siyasətini dəyişməlidir, çünki biz Çinlə və bir çox ölkə ilə ticarətdə geri qalırıq”.

Bundan əlavə ABŞ prezidenti ABŞ və Çin arasında ticarətdə disbalansın olduğuna görə, keçmiş ABŞ prezidentlərini ittiham edib: “Təəssüf ki, əvvəlki administrasiyalar bunun sıradan çıxmasına imkan veriblər”.

Gununsesi.info