Tramp: “Çinin iqtisadi siyasəti ABŞ-a ildə 500 milyard dollar zərər vurur”

  • By admin
  • 20 Dekabr 2021 09:57

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Çinin siyasətləri səbəbindən ABŞ iqtisadiyyatının ildə 500 milyard ABŞ dolları itirdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə D. Tramp “Fox News”a müsahibəsində bildirib.

HTML tutorial

Müsahibəsi zamanı Ağ Evin keçmiş rəhbəri ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni dəfələrlə tənqid edib.

Onun sözlərinə görə, C. Baydenin yeni növ koronavirus infeksiyasına qarşı mübarizəsi yetərli deyil:

“Ancaq bilirsiniz ki, bu il mənim dövrümdən daha çox insan ölümü var. Ölkəmiz heç vaxt indiki kimi aşağı səviyyədə olmayıb, ölkəyə Çin, Rusiya, Şimali Koreya tərəfindən heç vaxt belə hörmətsizlik göstərilməyib. Heç vaxt belə vaxt olmayıb”.

Gununsesi.info