
ABŞ prezidenti Donald Tramp Londonda törədilmiş terror aktı ilə əlaqədar Böyük Britaniyanın baş naziri Boris Consona başsağlığı verib.
Gununsesi.org bildirir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.
“Prezident Londonda terror hücumu ilə əlaqədar başsağlığını ifadə edib”, – ABŞ liderinin administrasiyasından bildirilib.
Bildirilir ki, iki lider Londonda, dekabrın 3-4-də NATO sammitində təkbətək görüşəcək.
Xatırladaq ki, London körpüsündə baş verən terror aktında yaralanan iki nəfər ölüb.
Gununsesi.org