
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynada sülh sazişinin “bir çox elementləri” rusiyalı həmkarı Vladimir Putinlə çoxdan gözlənilən telefon danışığından əvvəl razılaşdırılıb.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Tramp Truth Social sosial şəbəkəsində yazıb ki, çərşənbə axşamı səhər Putinlə danışacaq.
Onun sözlərinə görə, razılaşmalar olsa da, üzərində işləmək lazım olan “çox şey” qalır.
“Hər həftə hər iki tərəfdən 2500 əsgər ölümü gətirir və bu, İNDİ bitməlidir. Mən prezident Putinlə zəngi səbirsizliklə gözləyirəm”, – Tramp yazıb.
Orxan