Tramp dövründə ilk istefa

  • By admin
  • 17 Noyabr 2016 23:00

tramp-istefa

 Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Beynəlxalq Kəşfiyyatının direktoru Ceyms Klapper yeni prezident Donald Trampın Ağ Evdə fəaliyyətə başlamasına 64 gün qalmış istefa verib.

Klapper istefası barədə açıqlamanı ABŞ Nümayəndələr Məclisi Kəşfiyyat Komitəsinin beynəlxalq təhlükəsizliklə bağlı iclasından əvvəl verib.

İndi özünü daha yaxşı hiss etdiyini bildirən Klapper Trampın hakimiyyətə gəlməsindən sonra yerinə yeni nümayəndələrin təyin olunması üçün bu addımı atdığını vurğulayıb.

Onu da qeyd edək ki, ABŞ-ın Hava Qüvvələrindən general-leytenant dərəcəsi ilə təqaüdə çıxan Ceyms Klapper 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyat Agentliyinin ilk direktoru vəzifəsində çalışıb.

Nigar Cəfərli

Gununsesi.info