Tramp ekskursiyaçıları təəccübləndirib - VİDEO

  • By admin
  • 08 Mart 2017 00:20

donald-tramp-1-300x200

ABŞ prezidenti Donald Tramp Ağ Evə gələn bir qrup ekskursiyaçının gözlənilmədən qarşısına çıxıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, ekskursiya qrupu Ağ Evin görməli yerlərini gəzirmiş ki, bu zaman, gözlənilmədən onların qarşısına Amerika prezidenti çıxıb. Tramp əl hərəkətləri ilə insanlara yaxın gəlməyi işarə edib və onlarla ünsiyyətə girib.

Bu, Donald Trampın idarəçiliyi dövründə Ağ Ev üzrə ilk ekskursiyadır. Ekskursiya təqribən 45 dəqiqə çəkir və onun iştirakçıları binanın istənilən yerini ziyarət edə bilərlər.

https://www.youtube.com/watch?v=dvHJdZAG3Hs

Gununsesi.info