Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı

  • By admin
  • 18 Oktyabr 2020 09:18

ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makron səhvən baş nazir adlandırıb.

Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.

HTML tutorial

Qeyd edilir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.

“Bəs siz bilirsiniz ki, mən hələ dayandım? İqlim üzrə Paris razılaşması”, – Tramp deyib. “Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?”, – deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.

Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir. Onu bu vəzifəyə 2020-ci ilin iyulunda Makron özü təyin edib. Prezident-parlament respublikası olan Fransada hökumətin rəhbərini məhz dövlət başçısı təyin edir.

 

 

Gununsesi.info