Tramp Ərdoğana Qəzza Sülh Şurasına qoşulmaq dəvəti göndərib

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Qəzza Zolağındakı Sülh Şurasının həmtəsisçilərinə qoşulmağa dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

“2803 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın elan etdiyi Qəzzadakı münaqişəyə son qoymaq üçün Hərtərəfli Planı dəstəkləmək qərarına gəlib. Bu təşəbbüsün bir hissəsi olaraq, Qəzzada Sülh Şurası və təhlükəsizlik və yenidənqurma işlərinə cavabdeh olan digər qurumlar yaradılır. 16 yanvar 2026-cı ildə ABŞ Prezidenti Sülh Şurasının təsisçi sədri kimi prezidentimizi şuranın həmtəsisçilərinə qoşulmağa dəvət edən məktub göndərib”, – Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran açıqlamasında bildirib.

 

Gununsesi.info