
ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin arasında sülhün əldə edilməsi üçün “hər şey” edəcəyini bildirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, Mahmud Abbasla görüşündə Tramp Fələstin liderinin terrorla mübarizə aparmağa hazır olmasından məmnun olduğunu deyib.
Artıq üç ildir ki, İsrail və Fələstin arasında birbaşa danışıqlar yoxdur və Tramp iki tərəf arasında potensial razılığın “ən çətin razılıqlardan biri” olduğunu etiraf edib.
Bu, ABŞ prezidentinin Orta Şərqə səfərinin sonuncu günüdür.
Lakin həm Qərb Sahilində, həm də Qəzzada fələstinlilər prezident Tramp-ın səfərinə qarşı etiraz aksiyaları keçiriblər.
Bazar ertəsi günü cənab Tramp ABŞ və İsrail əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Prezident Tramp Abbasla görüşdüyü Betləhəm şəhərinə “ümidlə” gəldiyini deyib.
“Mən israillilər və fələstinlilər arasında sülh müqaviləsinin əldə edilməsinə çalışacam” – o deyib – “Və mən onlara bu hədəfi əldə etməyə əlimdən gələni etmək niyyətindəyəm”.
“Mən bu liderlərlə sülh uğrunda birgə işləməyə məmnunam”, Tramp vurğulayıb.
Abbas prezident Tramp-ın “nəcib və mümkün missiyasını” müsbət qarşıladığını və sülh uğrunda səylərdə onun həmkarı olmağa hazır olduğunu deyib.
Gununsesi.info