Tramp gəlinini bu vəzifəyə gətirəcək

  • By admin
  • 17 Fevral 2024 12:51

ABŞ-da prezidentlik yarışı getdikcə qızışdığı bir vaxtda Respublikaçılar Partiyasının namizədi olacağı gözlənilən keçmiş prezident Donald Trampın seçki kampaniyasında yanından ayırmadığı bir nəfər var: gəlini Lara Tramp.

Gununsesi.info xəbər verir ki, Trampın kiçik oğlu Erik Trampın həyat yoldaşı olan Lara son zamanlar siyasətdə sürətlə yüksəlişi ilə diqqət çəkib. Respublikaçılar Milli Konqresinin prezidentliyinə gəlininin namizədliyini irəli sürən Donald Tramp mitinqlərdə onu tez-tez səhnəyə dəvət edir.

Bəzi mənbələrə görə, Tramp Şimali Karolina Universitetini bitirmiş 41 yaşlı gəlinini əvvəlcə bəyənməyib və hətta oğluna evlənmək üçün “Trump Organization”dan başqa bir gəlin tapıb. Tez-tez gəlininin görkəminə lağ edən Tramp kampaniyası üçün çox çalışan Lara ilə indi ştatdan ştata səyahət edir.

Tramp ailəsinin yüksələn ulduzu Lara Tramp bir müddət arxa planda qalan Trampın qızı və keçmiş müşaviri İvankanın buraxdığı boşluğu doldurub. Trampın Respublikaçılar Milli Konqresinin həmsədrliyinə namizədliyini irəli sürdüyü Lara Tramp mitinqlərdə Trampın rəqibi olan Respublikaçılar Partiyasından Nikki Heyli də sərt sözlərlə hədəfləyir.

Trampın ilk prezidentlik kampaniyasında külli miqdarda ianə toplayaraq qayınatasının rəğbətini qazanan Lara tez-tez sağçı media orqanlarında görünür və Trampa dəstək istəyir.

Digər tərəfdən, Trampın siyasətdə o qədər də təcrübəsi olmayan gəlinini Respublikaçılar Milli Konqresinə namizəd göstərməsi partiyası daxilində tənqidlərə səbəb olur.

Gununsesi.info