Tramp gəlirlərini açıqladı

  • By admin
  • 17 İyun 2017 11:50
tramp-5
ABŞ prezidenti Donald Tramp 2016-ci il ərzində əldə etdiyi gəlir barədə hesabadı  açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.
Ağ Evin verdiyi açıqlamaya görə, Tramp bu hesabatı könüllü qaydad verib, o, bunu etməyə də bilərdi. Qanunvericiliyə uyğun olaraq Trampın belə bir hesabt verməsinə hələ bir il var. Yəni o, qanunvericiliyə uyğun olaraq  2018-ci ildə gəlirləri barədə açıqlama verməli idi.
Trampın ötən ilin hesabatı 98 səhifədən ibarətdir və bu hesabatda 565 şirkətin adı çəkilir. Hansı ki, Tramp 20 yanvar 2017-ci ildə prezident seçilməsi ilə əlaqədar olaraq bu şirkətlərin rəhbərliyindən gedib. Sənəddə eyni zamanda adı çəkilən müəssisə və şirkətlərdə Trampın  pay bölgüsü və gəlirləri öz əksini tapıb.
Hesabatda Trampın 315 milyon dollar həcmində kredit öhdəliyinin olduğu da  qeyd olunub.
Trampın təmsil etdiyi şirkətlərin əksəriyyəti qolf, daşınmaz əmlak  tikintisi və otel  biznesinə aiddir. Tramp qolf sahəsindəki biznesindən ümumlikdə 288 milyon dollar gəlir əldə edib. Otel biznesinə gəldikdə isə Vaşinqtondakı Trump Hotel hesabat dövründə 19,7 milyon dollar qazanc əldə edib.
Gununsesi.info