Tramp “Google”, “Twitter” və “Facebook”u məhkəməyə verir

  • By admin
  • 08 İyul 2021 09:38

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin texnoloji nəhənglərinə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, siyasətçi bu barədə Bedminister şəhərindəki çıxışı zamanı bildirib.

Tramp bəyan edib ki, məhkəməyə verdiyi şirkətlər arasında “Google”, “Twitter” və “Facebook” da var. Keçmiş dövlət başçısı adıçəkilən şirkətləri qeyri-qanuni senzurada ittiham edir.

Qeyd edək ki, prezidentliyinin son həftələrində, tərəfdarlarının Konqresə hücumundan sonra Trampın sosial şəbəkə hesabları bloklanıb.