Tramp hədəf seçdiyi ölkənin adını açıqladı

  • By admin
  • 02 Fevral 2017 17:05
tramp
Donlad Tramp öz Twitter səhifəsindən İrana qarşı növbəti sərt mövqe sərgiləyərək,  “bombalamağa” başlayıb: “İran çökməyə hazırdı… İndiki günə görə ABŞ-a minnətdar olmalıdır”.
 
Gununsesi.info “milliyet”e istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp  İranla bağlı növbəti sərt bəyanatını verib: “İran ballistik raket  məsələsinə görə  rəsmən  xəbərdarlıq  alıb və bundan nəticə çıxarmalıdır.  İran Amerika ilə imzaladıqları o əcaib anlaşmaya görə  minnətdar olmalıdır”.
Tramp Twitter səhifəsində onu da əlavə edib ki, İran ABŞ-la 150 milyard dollarlıq anlaşma sazişi imzalayanadək  son anlarını yaşayırdı və bu ölkə çökməyə hazır idi.
Ekspertlər hesab edir ki, Donald Tramp prezident olduğu dövrdə xarici siyasətdə seçdiyi ölkə bəlli oldu. Tramp prezidentliyi dövründə İranın ballistik raket  məsələsinə görə hədəf seçərək, mübarizə aparacaq.
Gununsesi.info
Gununsesi.info