Tramp Harrisi İsrailə hörmətsizlik etməkdə ittiham edib

Donald Tramp rəqibi Kəmalə Harrisin Qəzzada atəşkəs zərurətindən danışdıqdan sonra onu İsrailə hörmətsizlik etməkdə ittiham edib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti yazır.

“Düşünürəm ki, onun sözləri İsrailə qarşı hörmətsizlik idi. Yəhudi olan birinin ona necə səs verə biləcəyini həqiqətən bilmirəm… Məncə, o, sadəcə olaraq İsrailə hörmətsizlik edib”, – iyulun 26-da Floridada Netanyahu ilə görüşən Tramp deyib.

İyulun 25-də İsrailin baş naziri Binyamin Netanyahu ilə Harris arasında görüş olub. Söhbətdə ABŞ vitse-prezidenti israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı ilə tezliklə atəşkəs sazişinin bağlanmasının vacibliyini bəyan edib.

O, həmçinin Qəzzada çoxlu sayda mülki itki ilə bağlı Netanyahuya ciddi narahatlığını bildirib.

Bundan əvvəl iyulun 25-də ABŞ prezidenti Co Bayden həmvətənlərinə müraciət edib.

O, seçki kampaniyasından geri çəkilməsini demokratiyanı xilas etməklə izah edib və Kamala Harrisi dəstəkləməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl politoloq Harrislə debatda Trampın nədən ehtiyatlı olması lazım olduğunu izah etmişdi.

 

Şəbnəm

Gununsesi.info