Tramp Harrislə debata çıxacaq

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından Ağ Evə namizəd olan rəqibi Kamala Harrislə debatının tezliklə baş tutacağını bildirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fox News xəbər verir.

“Məncə, yaxın gələcəkdə onunla debatımız olacaq. Bu yaxınlarda açıqlanacaq” – deyə Tramp bildirib.

Tramp və Harris bir neçə həftədir ki, debat üçün tarix və kanal barədə razılığa gələ bilmirlər.

Debatların ikinci raundu əvvəlcə sentyabrın 10-da ABC telekanalında keçirilməli idi, lakin Bayden yarışı tərk etdikdən sonra Trampın komandası ABC telekanalında onun tədbirdə iştirakına zəmanət verə bilmədi.

Keçmiş prezident ABC-ni demokratlara rəğbətdə, qərəzli olmaqda və saxta xəbərlər yaymaqda ittiham edir.

Kamala Harrisin kampaniyası daha sonra Trampın Fox News-da 4 sentyabr debatına ev sahibliyi etmək qərarı ilə razılaşmadığı açıqlnmışdır: “O, oyun oynamağı dayandırmalı və söz verdiyi kimi sentyabrın 10-da debata gəlməlidir”.

Qeyd edək ki, Tramp bundan əvvəl Kamala Harrisin əqli qabiliyyətlərini yüksək qiymətləndirmişdi.

 

 

Günay

Gununsesi.info