Tramp Hillari Klintonu məhkəməyə verdi

  • By admin
  • 25 Mart 2022 09:12

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatının Şərq dairəsi üzrə ABŞ federal məhkəməsində Hillari Klinton və Demokratlar Partiyasının rəhbərliyinə qarşı iddia qaldırıb. 

Gununsesi.info Lenta.ru -ya istinadla xəbər verir ki, o, onları siyasətçi ilə Rusiya arasında sövdələşməyə dair saxta nəzəriyyənin köməyi ilə 2016-cı il seçkilərinin gedişatını dəyişməyə cəhd etməkdə ittiham edib.

Eks-prezidentin bəyanatında qeyd olunur ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Klinton və onun tərəfdaşları zehni silkələyən və ölkənin demokratik dəyərlərinə meydan oxuyan “ağlasığmaz sui-qəsd” hazırlayıblar.

İddiaçı hesab edir ki, cavabdehlər Trampdn önə keçmək və onun seçkilərdə qalib gəlməsi ehtimalını azaltmaq istəyiblər.

Gununsesi.info