

ABŞ prezidenti Donald Trampın Hindistanın baş naziri Narendra Modi ilə arasında telefon danışığı olub və Trampı Hindistana səfər dəvət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi öz Twitter səhifəsində yazıb:
“Dünən axşam ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla aramızda çox səmimi bir telefon danışığı baş tutub. Telefon danışığında iki ölkə arasında daha sıx əməkdaşlıq etmək və əlaqələrimizin möhkəmlənməsi barədə razılığa gəldik. Mən eyni zamanda Trampı Hindistana səfər etməyə dəvət etdim”.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Tramp da öz növbəsində Hindistanın baş nazirini 2017-ci ildə Amerikaya səfər dəvət edib.
Telefon danışığında tərəflər Cənubi və Mərkəzi Asiyadakı təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onlar beynəlxalq terrorizmə qarşı həmrəyliklərini ifadə ediblər.
Narendra Modi onu da əlavə edib ki, Tram telefon danışığında Hindistanı Amerikanın həqiqi dostu və tərəfdaşı adlandırıb.
Gununsesi.info